Namizədə tələblər:
- Təcrübə: 3 il;
- Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan dili səlis və rus dili və ingilis dili arzuolunandır ;
- İstifadə ediləcək xüsusi proqram və alətlər (əgər varsa):Ofis proqramları və 1C 8.3, BTP, EFP;
- Aydın və dəqiq danışıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Yaranmış problemləri həll etmək bacarığı.
Vəzifə Öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi və əmək məcəlləsini, Azərbaycan Respublikası qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli
- Vergi və mühasibat uçotunu aparmaq;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin, material istifadələrinin və silinmələrin proqrama işlənməsi.
- Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək.
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Aylıq, rüblük və illik bütün Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- ACCA FA, PMS sertifikatlarının olması üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- Ünvan: Yeni Həyat Plaza Zərifə Əliyeva 55, Bakı, Azərbaycan.
Uyğun namizədlərdən CV-lərini “Aparıcı Mühasib/ Böyük mühasib” başlığı altında elektron poçt ünvanına göndərməkləri xahiş olunur.