166 Xalçayuma xidməti “Satış və çağrı mərkəzi üzrə mütəxəssis” vakansiyası elan edir.
Namizədə tələblər:
- Yalnız xanım namizədlər;
- Təcrübə: 1-3 il satış sahəsində (mütləqdir);
- Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis;
- Ofis proqramı bilikləri: MS Word,MS Excel;
- Aydın və dəqiq danışıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı.
Vəzifə Öhdəlikləri:
- Qaynar xəttə daxil olan zənglərin cavablandırılması və sifarişlərin daxili sistemdə qeydiyyata alınması;
- Müştərilərin müraciətlərinin operativ və düzgün şəkildə cavablandırılması;
- Xidmətlər haqqında ətraflı məlumat vermək və müştəriləri düzgün istiqamətləndirmək;
- Müştərilər üçün satış əməliyyatlarını icra etmək və sifarişləri tamamlamaq;
- Mövcud müştərilərlə əlaqələrin qorunması və təkrar satışların təşkili;
- Satış nəticələrinin və müştəri müraciətlərinin gündəlik hesabatının aparılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsinə dəstək olmaq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- Ünvan: Xırdalan şəhəri.
Uyğun namizədlərdən CV-lərini “Satış və çağrı mərkəzi üzrə mütəxəssis” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməkləri xahiş olunur.