166 Yükdaşıma və Logistika şirkəti “Sənədləşmə üzrə kiçik mütəxəssis” vakansiyası elan edir.
Əsas vəzifələr:
- Elektron EƏNQ sənədlərinin hazırlanması və sistemə daxil edilməsi;
- Sürücülər və müştərilərlə effektiv əlaqələrin qurulması və koordinasiyası;
- Potensial müştərilərin cəlb edilməsi;
- Rəsmi yazışmaların hazırlanması və göndərilməsi;
- Lazımi sənədlərin düzgün və vaxtında tərtib olunması;
- Mövcud məlumatların yoxlanılması və düzgünlüyünə nəzarət etmək.
Tələblər:
- Ali təhsil;
- Kompüter bilikləri: MS Excel və MS Word proqramlarında sərbəst işləmə bacarığı;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli və detallara diqqətli olmaq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 500 azn;
- Ünvan: Yeni Həyat Plaza (Zərifə Əliyeva küçəsi 55).
Uyğun namizədlərdən CV-lərini “Sənədləşmə üzrə kiçik mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.