Anbardar

  • Истекает 6 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti:

  • İş yeri ünvan: Bakı, Bakı, Yasamal, Həsən bəy Zərdabi 71A, Bakı
  • Maaş: 600 AZN
  • İş rejimi: Həftəlik 6 gün, Tam-ştat

Vəzifənin Təsviri:

Stomatoloji avadanlıq və materialların təhlükəsiz, səliqəli və sistemli şəkildə saxlanılması, uçotu və müvafiq sifarişlərin vaxtında hazırlanması.

Mal qəbulu və çıxışı:

  • Gələn malların qəbulu, say və keyfiyyətinin yoxlanılması;
  • Təsdiqlənmiş sənədlərlə uyğunluğun təmin edilməsi;
  • Sifarişlərə uyğun mal çıxışının vaxtında və düzgün hazırlanması.

Anbar uçotu və nəzarət:

  • Anbarda saxlanılan məhsulların düzgün yerləşdirilməsi;
  • Gündəlik qeydiyyatların aparılması;
  • Mal qalığına daimi nəzarət və dövri inventarizasiyanın təşkili.

Yerləşdirmə və etiketləmə:

  • Məhsulların çeşidinə və istifadə tezliyinə görə sistemli yerləşdirilməsi;

Təmizlik və təhlükəsizlik:

  • Anbarın səliqəli və təhlükəsiz şəraitdə saxlanması;
  • Tibb və texniki avadanlıqlara uyğun saxlanma şərtlərinə əməl olunması.

Komanda ilə əməkdaşlıq:

  • Satış və logistika komandaları ilə koordinasiyalı işləmək;
  • Zəruri hallarda çatdırılma üçün sürücüyə mal təhvilini təmin etmək.

Tələblər və Bacarıqlar

  • Anbar idarəetməsi sahəsində minimum 1 il təcrübə;
  • Excel və ya digər anbar proqramlarında işləmə bacarığı;
  • Fiziki sağlamlıq və məsuliyyətli iş yanaşması;
  • Dəqiqlik, diqqət və nizam-intizam.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly672
  • Monthly679