İş yeri: Bakı
İş rejimi: 6 gün
Vəzifə haqqında:
Şirkətimiz aparıcı beynəlxalq istehsalçıların dental avadanlıqları və CAD/CAM sistemləri üzrə yüksək ixtisaslı Servis və təmir xidməti üzrə baş mütəxəsssis axtarır.
Namizəd güclü texniki biliklərə malik olmalı, mürəkkəb problemləri müstəqil həll etməyi bacarmalı və ingilis dilində sərbəst şəkildə danışmalı, beynəlxalq texniki komandalarla ünsiyyət qura bilməlidir.
Əsas vəzifələr:
- Dental avadanlıqların (intraoral skanerlər, CAD/CAM sistemləri, frez cihazları, sobalar və s.) quraşdırılması, sazlanması və işə salınması
- Elektron, mexaniki və proqram təminatı üzrə nasazlıqların diaqnostikası və təmiri
- Müştəri obyektlərində və uzaqdan texniki dəstəyin göstərilməsi
- Həkimlər və texniklər üçün peşəkar təlimlərin keçirilməsi
- Planlı texniki baxışların həyata keçirilməsi
- İstehsalçı şirkətlərlə birbaşa texniki kommunikasiya və problemlərin eskalasiyası
- Servis hesabatlarının hazırlanması və texniki sənədləşmə
- Ehtiyat hissələrinin idarə olunması
- Beynəlxalq texniki təlimlərdə və sertifikasiya proqramlarında iştirak
Tələblər:
- Təhsil: Biotibbi mühəndislik, elektronika, mexatronika və ya oxşar sahə üzrə ali təhsil
Təcrübə:
- Minimum 3 il servis mühəndisi kimi iş təcrübəsi
- Dental və ya tibbi avadanlıqlarla iş təcrübəsi üstünlükdür
- CAD/CAM və digital dentistry sahəsində təcrübə böyük üstünlükdür
Texniki bilik və bacarıqlar:
- Elektronika və idarəetmə sistemləri üzrə dərin bilik
- Mexaniki və yüksək dəqiqlikli avadanlıqlarla işləmə bacarığı
- Güclü diaqnostika və problem həll etmə qabiliyyəti
- Texniki sxem və sənədləri oxuma bacarığı
- Kompüter bilikləri (software quraşdırma, sistem konfiqurasiyası, basic networking)
Dil bilikləri:
- İngilis dili – yüksək səviyyədə (mütləqdir)
- (texniki yazışma, training və istehsalçı ilə ünsiyyət üçün)
- Rus dili üstünlükdür
Üstünlüklər:
Aşağıdakı brendlərlə iş təcrübəsi:
- Shining3D Dental
- Upcera
- BEGO
- DEPRAG
- Digital workflow (scan → design → milling → finishing) üzrə bilik
- Sürücülük vəsiqəsi (B kateqoriya)
Şəxsi keyfiyyətlər:
- Analitik düşüncə və yüksək problem həll etmə bacarığı
- Məsuliyyət, dəqiqlik və intizam
- Müştəri ilə peşəkar ünsiyyət bacarığı
- Müstəqil işləmə və qərarvermə qabiliyyəti
- Dinamik iş mühitinə uyğunlaşma və səfərlərə hazır olmaq
Təklif edirik:
- Rəqabətli əmək haqqı + bonus sistemi
- Beynəlxalq istehsalçılarla birbaşa əməkdaşlıq
- Xarici təlim və sertifikasiya imkanları
- Karyera inkişafı və uzunmüddətli əməkdaşlıq
- Yüksək texnologiyalı sahədə peşəkar inkişaf imkanı
Müraciət:
CV-nizi Müraciət Et düyməsində göstərilən mail adresinə göndərin.