A - Group Insurance Company A - Group Insurance Company
  • 835

İT təhlükəsizliyi üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İT təhlükəsizliyi üzrə mütəxəssis

  • Deadline 8 September 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
  • Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
  • Tibbi sığorta təmin olunur
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3

Vəzifə öhdəlikləri:

  • İnformasiya sisteminin potensial təhlükələrini və qiymətli məlumatların sızma kanallarını aşkar etməyə imkan verən işlərin yerinə yetirilməsi və nəzarəti;
  • Daxili istifadə üçün məlumatın qorunması üzrə sənədlərin hazırlanması;
  • Şirkətin yeni texniki qorunma vasitələri ilə təchiz edilməsində iştirakı;
  • Proqram təminatının zəiflik dərəcəsinin müəyyən edilməsi və qeyri-qanuni daxilolmaların aşkar edilməsi üçün tədbirlərin görülməsi;
  • Lokal informasiya şəbəkəsində gizli məlumatlara girişin məhdudiyyətlərinin müəyyən edilməsi;
  • Təhlükəsizlik tələblərinə uyğun olaraq internetə qoşulma qaydalarının müəyyən edilməsi;
  • Şəxsi kompüterlərin və idarəetmə sistemlərinin nasazlıq və ya viruslarla yoluxma hallarında bərpa edilməsi;
  • Məlumatın qorunması üzrə qəbul edilmiş təşkilati-texniki qərarların məqsədəuyğunluğunun və texniki-iqtisadi səviyyəsinin qiymətləndirilməsi;
  • Qiymətli sənədlərə (kağız və elektron) daxil olan işçi heyətinə fövqəladə vəziyyətlərdə, kritik məlumatların itirilməsi və məhv edilməsi risklərini artıran hallar üçün hərəkət alqoritmlərinin öyrədilməsi.

Tələblər:

  • Ali texniki təhsil (informasiya texnologiyaları, kibernetika, kompüter mühəndisliyi və s. üzrə) və ya ekvivalent iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi prinsipləri və standartları (ISO 27001, NIST və s.) üzrə baza biliklər;
  • Lokal şəbəkələr, əməliyyat sistemləri və internet texnologiyaları üzrə anlayış;
  • Antivirus proqramları, firewall-lar və digər qoruma vasitələri ilə işləmə bacarığı;
  • Kibertəhlükəsizlik üzrə tipik risklər və hücum üsulları haqqında biliklər;
  • Proqram təminatı və şəbəkə avadanlıqlarında zəifliklərin aşkarlanması üzrə ümumi metodlar barədə bilik;
  • Analitik düşünmə, məsuliyyət və məxfilik qaydalarına ciddi riayət etmə bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq, texniki ingilis dili bilikləri üstünlükdür.

Maraqlanan şəxs, mövzuda "İT təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etməklə, CV-ni Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilər.

  • Daily6
  • Weekly570
  • Monthly1284