İş barədə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00
- Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir
- Tibbi sığorta təmin olunur
- Əmək haqqı: Razılaşma yolu ilə
- İş yeri: Bakı şəhəri, Azadlıq prospekti 3
Vəzifə öhdəlikləri
- informasiya təhlükəsizliyi strategiyasını hazırlayır və onun icrasına nəzarət edir.
- Şirkətin informasiya sistemləri və məlumat bazalarının qorunması üçün risk analizi aparır və müvafiq tədbirlər planı tərtib edir.
- Təhlükəsizlik insidentlərinə operativ reaksiya verir, araşdırmalar aparır və qarşısının alınması üçün proseslər qurur.
- Hüquqi və normativ tələblərə, eləcə də beynəlxalq təhlükəsizlik standartlarına uyğunluğu təmin edir.
- Şirkət daxilində əməkdaşlar arasında kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və maarifləndirmə işlərini təşkil edir.
- Yeni texnoloji həllərin təhlükəsizlik baxımından qiymətləndirilməsini və tətbiqdən əvvəl yoxlanmasını təmin edir.
- Təhlükəsizlik üzrə illik büdcəni planlaşdırır, resurs və avadanlıqların təminatına nəzarət edir.
- Şirkətin digər struktur bölmələri ilə koordinasiyalı şəkildə işləyərək təhlükəsizlik tələblərinin biznes proseslərinə inteqrasiyasını təmin edir
Tələblər
- Ali texniki təhsil (informasiya texnologiyaları, kibernetika, informasiya təhlükəsizliyi və s. üzrə);
- İnformasiya təhlükəsizliyi sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmə və layihə rəhbərliyi təcrübəsi;
- Beynəlxalq standartlar və çərçivələr (ISO 27001, NIST, COBIT və s.) üzrə dərin bilik;
- İT infrastrukturunun (serverlər, şəbəkə avadanlıqları, əməliyyat sistemləri, bulud texnologiyaları) təhlükəsizlik prinsipləri üzrə təcrübə;
- İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi, insidentlərin idarə edilməsi və davamlılıq planlarının hazırlanması bacarığı;
- Hüquqi və normativ tələblər barədə bilik;
- Büdcə planlaması, resursların idarə olunması və təhlükəsizlik layihələrinin həyata keçirilməsi təcrübəsi;
- Şöbə əməkdaşlarının işini təşkil etmək, motivasiya və peşəkar inkişafını təmin etmək bacarığı;
- Analitik düşünmə, strateji planlama və qərarvermə qabiliyyəti;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, texniki ingilis dili bilikləri
Maraqlanan şəxs, mövzuda "İT təhlükəsizliyi üzrə Rəhbər” qeyd etməklə, CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.