Əsas vəzifələr:
- Mağazalarda gündəlik monitorinqlərin aparılması;
- Məhsulların qiyməti, çeşidi və yerləşimi ilə bağlı araşdırmaların aparılması;
- Toplanmış məlumatların qeydiyyatı və təhlilinin həyata keçirilməsi;
- Bazar araşdırmalarının aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi.
Tələblər:
- Pərakəndə (retail) sahəsinə marağı və ya bu sahədə təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Diqqətli, məsuliyyətli və operativ olmalı;
- Fikrini aydın ifadə etmə bacarığı və komanda ilə işləmə qabiliyyəti olmalı;
- Bakı şəhəri üzrə mağazalarda monitorinq aparmaq imkanı olmalı.
İş şərtləri:
- Əmək haqqı: 600–650 AZN
- İş qrafiki: 5 günlük (09:00–18:00)
- İş yeri: Bakı şəhəri
Müraciət üçün:
CV-nizi mövzu hissəsində “Audit köməkçisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.