A Plus Supermarketlər şəbəkəsi A Plus Supermarketlər şəbəkəsi
  • 409

SƏTƏM üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

SƏTƏM üzrə mütəxəssis

  • Истекает 12 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Müəssisə ərazisində əməyin mühafizəsi, texniki təhlükəsizlik, sağlamlıq və ətraf mühit üzrə risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
  • Təhlükəsizlik yoxlamalarının keçirilməsi, yoxlama planlarının və prosedurlarının hazırlanması və tətbiqi;
  • Şirkətin fəaliyyət sahələri üzrə sağlamlıq, əməyin mühafizəsi və təhlükəsizlik prosedurlarının hazırlanması və yenilənməsi;
  • Fövqəladə hallar, iş yerinin təhlükəsizliyi və digər SƏTƏM mövzuları üzrə təlimlərin təşkili və keçirilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Yoxlama nəticələrinin sənədləşdirilməsi, müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • SƏTƏM üzrə aylıq və dövri hesabatların hazırlanması;
  • Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək və preventiv tədbirlərin hazırlanmasına dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);
  • SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
  • SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

İş Şəraiti:

  • İş qrafiki: 5 gün;
  • İş Saatı: 09:00-18:00;
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 1000 Azn 
  • İş yeri: Bakıxanov qəs. Bəşir Bünyadov küç.

Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “Sətəm üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily128
  • Weekly368
  • Monthly966