GPS Quraşdırıcı

  • Истекает 9 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Nəqliyyat vasitələrində GPS izləmə və monitorinq avadanlıqlarının quraşdırılması, sazlanması və texniki servis xidmətlərinin həyata keçirilməsi;
  • Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • İş prosesi zamanı sifarişçinin nümayəndələri ilə peşəkar ünsiyyətin qurulması;
  • Görülmüş işlər üzrə müvafiq akt və digər sənədlərin düzgün doldurulması, imzalanması və təhvil verilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
  • İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılması;
  • İşçi geyimindən düzgün istifadə olunması və onun səliqəli saxlanılması.

Namizədə tələblər

  • Avtomobil elektrikası və ya avtomobil elektronikası sahəsində biliklər;
  • GPS avadanlıqlarının quraşdırılması sahəsində iş təcrübəsi üstünlükdür;
  • Elektrik sxemlərini oxumaq və elektrik alətləri ilə işləmək bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Müştərilərlə nəzakətli ünsiyyət qurmaq bacarığı;
  • Gərgin iş şəraitində operativ işləmək bacarığı;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.

Şirkət təklif edir

  • Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00)
  • İstirahət günləri – şənbə, bazar və bayram günləri 
  • Əmək haqqı: Başlanğıc 600-700 AZN 
  • Təlim və öyrənmə dəstəyi;
  • Stabil və perspektivli iş mühiti
  • Ezamiyyətlər nəzərdə tutulmuşdur

Maraqlanan şəxslərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

E-mail göndərilərkən mövzu hissəsinə "GPS Quraşdırıcı" başlığı yazılmalıdır.

  • Daily1
  • Weekly524
  • Monthly924