AAC MMC AAC MMC
  • 303

Anbardar

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbardar

  • Deadline 24 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AAC MMC komandamıza məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Anbardar axtarırıq.

Əsas vəzifə öhdəlikləri

  • Növbə ərzində istehsalatdan çıxan hazır məhsulların qəbulunu həyata keçirmək və müvafiq aktları tərtib etmək;
  • Qəbul edilmiş məhsulların düzgün şəkildə stoklanmasını təşkil etmək və baş anbardarı məlumatlandırmaq;
  • Sifarişlərə uyğun hazır məhsulların yüklənməsini təşkil etmək;
  • Yüklənən məhsulların adı, miqdarı və sifarişə uyğunluğunu yoxlamaq;
  • Növbə ərzində görülən işlər və məhsul hərəkəti üzrə qeydiyyat aparmaq;
  • Növbə sonunda anbar üzrə təhvil-təslim prosesini həyata keçirmək;
  • İstehsalat növbə rəisi ilə birlikdə təhvil-təslim aktını hazırlamaq və baş anbardara təqdim etmək;
  • Avtokar operatorlarının fəaliyyətinə nəzarət etmək;
  • Hazır məhsul, xammal və mal-materialların düzgün yerləşdirilməsini, qorunmasını və saxlanmasını təmin etmək;
  • Anbar sahəsindən səmərəli istifadəni təmin etmək;
  • Anbarda təhlükəsizlik, intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək.

Namizədə tələblər

  • Cins: Kişi
  • Yaş həddi: 25–40 yaş
  • Anbar sahəsində ən azı 1 il iş təcrübəsi;
  • MS Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Rus dili biliyi arzuolunandır.

İş şəraiti

  • İş yeri: Səngəçal
  • İş rejimi: Növbəli iş rejimi, o cümlədən gecə növbəsi
  • Əmək haqqı: 700–800 AZN
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Nəqliyyat: Şirkət tərəfindən təmin olunur

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

E-mail mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur.

  • Daily116
  • Weekly255
  • Monthly2014