İstehsalat proseslərinin fasiləsiz və effektiv işləməsində avtomatika sistemlərinin rolu böyükdür. Bu sahədə texniki bilik və təcrübəsinə güvənən mütəxəssisləri AAC MMC komandasına qoşulmağa dəvət edirik!
Əsas vəzifə öhdəlikləri:
- Mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılması və tənzimlənməsi;
- Ölçmə, tənzimləmə, siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmət göstərilməsi;
- Avtomatika və elektronika sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
- Baş vermiş texniki xətaların səbəblərinin araşdırılması;
- PLC sistemlərinin konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirində iştirak;
- Avtomatika avadanlıqlarının planlı-xəbərdaredici təmir işlərinin həyata keçirilməsi;
- Avtomatika sistemlərinə aid avadanlıqların gündəlik, aylıq və illik texniki baxış və təmir işlərinin icrası;
- Qazanxana və su təmizləmə sistemlərinin gündəlik nəzarətdə saxlanılmasında iştirak;
- Görülmüş işlərlə bağlı müvafiq texniki sənədləşmənin aparılması.
Namizədə tələblər:
- Avtomatika, elektronika, elektrik və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Müvafiq sahədə iş təcrübəsi;
- PLC sistemləri, idarəetmə kontrollerləri və sənaye avtomatikası üzrə biliklər;
- Elektrik və avtomatika sxemlərini oxumaq və analiz etmək bacarığı;
- Ölçmə, tənzimləmə və siqnallama sistemləri haqqında biliklər;
- Kompüter bilikləri;
- Azərbaycan dili biliyi, xarici dil bilikləri üstünlükdür;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.
Əmək haqqı: 1 200 – 1 500 AZN
İş şəraiti:
- İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km;
- İş rejimi: 2 növbəli iş qrafiki;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan iş yerinə çatdırılma servisi mövcuddur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.