Avtomatika üzrə mütəxəssis

  • Deadline 3 December 2026

İstehsalat proseslərinin fasiləsiz və effektiv işləməsində avtomatika sistemlərinin rolu böyükdür. Bu sahədə texniki bilik və təcrübəsinə güvənən mütəxəssisləri AAC MMC komandasına qoşulmağa dəvət edirik!

 

Əsas vəzifə öhdəlikləri:

  • Mürəkkəb elektron sxemli avtomatika bloklarının yoxlanılması və tənzimlənməsi;
  • Ölçmə, tənzimləmə, siqnallama və mühafizə sistemlərinə gündəlik texniki xidmət göstərilməsi;
  • Avtomatika və elektronika sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Baş vermiş texniki xətaların səbəblərinin araşdırılması;
  • PLC sistemlərinin konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirində iştirak;
  • Avtomatika avadanlıqlarının planlı-xəbərdaredici təmir işlərinin həyata keçirilməsi;
  • Avtomatika sistemlərinə aid avadanlıqların gündəlik, aylıq və illik texniki baxış və təmir işlərinin icrası;
  • Qazanxana və su təmizləmə sistemlərinin gündəlik nəzarətdə saxlanılmasında iştirak;
  • Görülmüş işlərlə bağlı müvafiq texniki sənədləşmənin aparılması.

Namizədə tələblər:

  • Avtomatika, elektronika, elektrik və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahədə iş təcrübəsi;
  • PLC sistemləri, idarəetmə kontrollerləri və sənaye avtomatikası üzrə biliklər;
  • Elektrik və avtomatika sxemlərini oxumaq və analiz etmək bacarığı;
  • Ölçmə, tənzimləmə və siqnallama sistemləri haqqında biliklər;
  • Kompüter bilikləri;
  • Azərbaycan dili biliyi, xarici dil bilikləri üstünlükdür;
  • Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı.

 

Əmək haqqı: 1 200 – 1 500 AZN

İş şəraiti:

  • İş yeri: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Salyan şossesi, 47-ci km;
  • İş rejimi: 2 növbəli iş qrafiki;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Sumqayıt şəhərindən və İnşaatçılar metrosundan iş yerinə çatdırılma servisi mövcuddur.

 

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Avtomatika mütəxəssisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily43
  • Weekly281
  • Monthly282