İş barədə məlumat:
- İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
- Əmək haqqı 800-900 AZN (net) olacaqdır.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- İş rejimi - 5 günlük
- Faydalı qazıntı yataqların istismarına nəzarət edilməsi;
- Faydalı qazıntı yataqların ümumi fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi,
- Faydalı qazıntı yataqların istismar planının hazırlanmasına, planlaşdırılmış müddətlərdə keyfiyyətli məhsulun istehsalına nəzarət edilməsi;
- Faydalı qazıntı yataqlarda gündəlik istehsalatın, qəbul olunan xammal, mal-materiallar və müxtəlif ləvazimatların hesabatının hazırlanması, həmçinin həmin hesabatların qəbul edilməsi;
- Görülən işlərlə bağlı bütün ehtiyatlardan və vəsaitlərdən qənaətlə və səmərəli istifadəsinə nəzarət edilməsi;
- Mövcud olan avadanlıqlara vaxtı-vaxtında qulluq edilməsinə nəzarət edilməsi;
- İşçiləri üçün təhlükəsiz əmək şəraitinin yaradılması və işçilər tərəfindən əməyin təhlükəsizliyi tələblərinə riayət edilməsinin təşkil edilməsi və buna nəzarət edilməsi;
- İşlərin görülməsi zamanı ətraf mühitin qorunmasına yönəlmiş və dağ-mədən işlərinə dair ölkədə mövcud tələblərə riayət edilməsi;
- Geoloji kəşfiyyat işlərinin aparılması;
- Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
- Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
- Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
- Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi.
- Dağ-mədən işlərinin təşkilində və ləğvində iştirak.
- Uçotların aparılması və lazımi hesabatların hazırlanması.
Vəzifəyə dair tələblər:
- Ali təhsil;(dağ-mədən mühəndisi üzrə)
- 2 ildən artıq iş təcrübəsi;
- İstehsalat müəssisələrində (zavod, fabrik) iş təcrübəsinə üstünlük verilir;
- Dəqiq, məsuliyyətli və tapşırıqların vaxtlı-vaxtında icrası,
- Azərbaycan dili mükəmməl bilməlidir.
- Sürücülük vəsiqəsi tələb olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.