İşin təsviri:
- Şirkətə aid avtobus və Mitsubishi L200 markalı Nəqliyyat vasitəsinin idarə edilməsi;
- Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi;
- İdarə etmək üçün ona verilmiş nəqliyyat vasitəsinin təyinatına uyğun və səliqəli istismar edilməsi;
- İdarə etmək üçün ona verilmiş nəqliyyat vasitəsindən öz şəxsi məqsədləri üçün istifadə edilməməsi;
- Verilmiş sənədlərin və digər əşyaların təyinatı üzrə çatdırılması və təhvil verilməsi;
- Prosedurlar üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi;
- Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların verilməsi.
Tələblər:
- Təhsil: Fərq etmir.
- Sürücülük vəsiqəsi: BD kateqoriyalı
- İş təcrübəsi: 3-5 il
- Yaş həddi: 30-50 yaş arası
- Sumqayıt şəhərinə yaxın yaşayanlara üstünlük veriləcək.
İş yerinin şərtləri:
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
- Əmək haqqı - 800 azn
- İş yeri: Qaradağ ray, Səngəçal qəs, Salyan şossei 47-ci km.
- Iş rejimi 6 günlük iş qrafiki
Əlaqə üçün Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Sürücü (avtobus)” başlığı ilə CV–lərinizi göndərməniz xahiş olur.