AAC MMC olaraq komandamıza Texniki sənədləşmə üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifələr
• Daxil olan sənədlərin qəbul edilməsi və qeydiyyatının aparılması;
• Sənədlərin göndərilməsinin təşkili;
• Zəruri sənədlərdə düzəlişlərin aparılması;
• Avadanlıqların istehsalçı tövsiyələrinə və müəssisədaxili müəyyən edilmiş periodlara uyğun texniki qulluğunun vaxtında təşkil edilməsi və izlənilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik texniki planlara uyğun planlı xidmətlərin mütəmadi aparılmasının izlənilməsi;
• Material silgi hesabatlarının hazırlanması və yoxlanılması;
• Avadanlıqların texniki problemlər səbəbindən dayanmasının analiz edilməsi və önləyici tədbirlərin görülməsinin təşkili;
• İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət;
• Avadanlıqların və qaz balonlarının daşınması və saxlanması qaydalarına riayət olunmasına, təhlükəsiz istismarına nəzarət;
• Avadanlıqların qəzasız və etibarlı işinin, vaxtında və keyfiyyətli təmir və texniki xidmətinin izlənilməsi;
• Texniki şöbənin zəruri sənədlərinin hazırlanması və mütəmadi izlənilməsi;
• Texniki xidmət proseduruna uyğun tələb olunan sənədlərin və hesabatların doldurulması və birbaşa rəhbərə təqdim edilməsi;
• Texniki və material hesabatlarının hazırlanması;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət edilməsi.
Namizədə tələblər
• Ali təhsil;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmək bacarığı tələb olunur;
• Yaş: 20–45;
• Kişi namizədlərə üstünlük verilir;
• Texniki sənədlərlə işləmə və hesabat hazırlama bacarığı;
• Sənədlərin qeydiyyatı və sistemləşdirilməsi üzrə bacarıq;
• Texniki xidmət və avadanlıqlar barədə ümumi anlayış;
• Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı;
• Məlumatların düzgün və vaxtında qeydiyyata alınmasına yüksək məsuliyyətlə yanaşma;
• Komanda ilə işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək bacarığı.
İş şəraiti
• İş yeri: Səngəçal
• İş qrafiki: 5 günlük iş həftəsi
• Əmək haqqı: 700-800 AZN
• Servis xidməti: Bakı və Sumqayıt istiqamətlərindən servis
• Nahar xidməti: İşçilər üçün nahar təmin edilir
CV-lərinizi: [email protected] ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində “Texniki sənədləşmə üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.