ABB “Bank sistemləri sahəsinin Back-end üzrə Baş proqramçı” vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Yeni texnologiyaları araşdırmaq və tətbiq etmək;
- Məhsulun biznes məntiqini və back-end sistemini dizayn etmək və proqramlaşdırmaq;
- Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ları hazırlamaq;
- Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
- Unit və inteqrasiya testlərini yazmaq və gündəlik tapşırıqlar üçün avtomatik alətləri hazırlamaq;
- İş proseslərinə uyğun olaraq ERP sistemində kodlar yazmaq və mövcud kodlar üzərində dəyişiklik etmək;
- Yeni texnologiyaları araşdırmaq və tətbiq etmək;
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Back-end proqramlaşdırma sahəsində minimum 1 illik iş təcrübəsinə;
- Java8, Java EE, Spring Boot üzrə təcrübəyə;
- ERP sistemlərindən biri ilə (SAP, 1C, Oracle, Microsoft Dynamics və s.) işləmə bacarığına;
- Versiya Kontrol Sistemləri (Git) üzrə biliklərə;
- RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə biliklərə;
- Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə biliklərə;
- Verilənlər bazası sistemləri üzrə təcrübəyə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
- Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
- Agile Scrum metodologiyası barədə məlumatlara;
- Mikroservis arxitekturası üzrə biliklərə;
- Agile komandasında proqramçı kimi iş təcrübəsinə;
- Problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.