International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 347
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

Birbaşa satışlar şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

  • Истекает 14 июнь 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Sahə üzrə bazar analizi etmək;
  • Nağd kreditlər və taksit kartlarının birbaşa satışı;
  • Müştərilərlə yerində görüş, potensial müştəri bazasının əldə olunaraq, sonradan soyuq zənglər ilə satışın təşkili;
  • Qoyulan satış hədəflərinin icrası;
  • Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
  • Hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər sorğuların icrası.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Müştərilərlə üzbəüz işləmə bacarığı olan;
  • Təqdimat bacarığı olan;
  • Yaradıcı və innovativ;
  • Satış bacarığı olan;
  • Bank məhsullarının satışı üzrə təcrübəsi olan;
  • Səlis Azərbaycan dilinə (İngilis və rus dili biliyini arzuolunandır);
  • Fərdi və komanda tərkibində işləməyi bacaran şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily120
  • Weekly625
  • Monthly1377