Biznes Kreditlərinin təhlili departamenti Layihə Kreditlərinin təhlili şöbəsinin baş mütəxəssisi

Biznes Kreditlərinin təhlili departamenti Layihə Kreditlərinin təhlili şöbəsinin baş mütəxəssisi

  • Deadline 11 Oktyabr 2024

ABB “Biznes Kreditlərinin təhlili departamenti Layihə Kreditlərinin təhlili şöbəsinin baş mütəxəssisi” vakansiyası  elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Görəcəyiniz işlər: 

  • Bankın daxili qayda və təlimatlarına uyğun layihə kreditləri üzrə (o cümlədən, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində kreditlər) Banka daxil olan kredit sifarişlərini təhlil etmək (müştərinin biznes fəaliyyəti ilə bağlı sahələrinə baxış keçirmək daxil olmaqla), qiymətləndirmək, və onlara dair rəy hazırlamaq, habelə həmin sifarişlərin icrasına dair qərarların qəbul edilməsi məqsədilə keçirilən müzakirələrdə müvafiq rəyi təqdim etmək;
  • Layihə kreditləri üzrə (o cümlədən, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində kreditlər) kredit memorandumunun hazırlanması zamanı  məlumatlar üzrə əlavə dəqiqləşdirmələrə zərurət yarandıqda, müştərinin müvafiq nümayəndəsindən əlavə məlumatları və sənədləri tələb etmək;
  • Layihə kreditləri üzrə (o cümlədən, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində kreditlər) kredit əqdinin qüvvədə olduğu müddət ərzində layihənin bütün mərhələrinin mütəmadi izlənilməsini və təhlilini həyata keçirmək, zəruri hallarda bu istiqamətdə Bankın müvafiq struktur bölmələri ilə müzakirələr aparmaq, bununla bağlı müvafiq təkliflər hazırlayaraq aidiyyəti üzrə təqdim etmək;
  • Risklərin idarə edilməsinə məsul struktur bölmə ilə birlikdə Bankın kredit portfelində mövcud olan layihə kreditlərinin (o cümlədən, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində kreditlər) mütəmadi monitorinqinin həyata keçirilməsində iştirak etmək;
  • Layihə kreditləri üzrə (o cümlədən, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində kreditlər) tələb olunan hesabatları (məlumatları) təqdim etmək;
  • Səlahiyyətləri daxilində dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən yerli və xarici maliyyə qurumları və iqtisadi məsələlərin təhlili ilə məşğul olan yerli və xarici məsləhətçilər ilə müzakirələr aparmaq, görüşlər keçirmək və əməkdaşlıq etmək;
  • Layihə kreditləri (o cümlədən, dövlət-sahibkar tərəfdaşlığı çərçivəsində kreditlər) sahəsində araşdırmaların və tədqiqatların aparılması və zəruri hallarda bu istiqamətdə beynəlxalq və yerli məsləhətçilərin xidmətlərinin istifadə edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (İqtisadi sahə üzrə);
  • Bank-maliyyə sektoru sahəsində ən az 3 il iş təcrübəsinə sahib;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl biliyə;
  • Yüksək səviyyədə Microsoft Office proqramları biliyinə;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ aktları ilə tanışlıq;
  • Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası ilə tanışlıq;
  • Kredit təhlili, o cümlədən maliyyə təhlili üzrə biliyə;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Problemləri həll etmə bacarığına malik;
  • İnsanlarla xoşməramlı və işgüzar münasibətlər yaratmaq bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/   portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily72
  • Weekly167
  • Monthly72