Büdcə şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Büdcə şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

  • Deadline 11 Oktyabr 2024

ABB “Büdcə şöbəsinə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis” vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Bankda maliyyə planlaşdırılmasını və maliyyə təhlilini həyata keçirmək;
  • Bankda təsdiq edilmiş büdcə üzrə maliyyə nəzarətinin təşkilini və icrasını həyata keçirmək;
  • Büdcənin icrası üzrə məlumatları təhlil edərək hər ayın yekununa dair
  • məlumatları aidiyyatı üzrə təqdim etmək;
  • Biznes istiqamətlərinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə rəhbərlik və digər strukturlara idarəetmə ilə bağlı hesabatlar təqdim etmək
  • Bankın təsdiq olunmuş büdcəsinin icrasına nəzarət etmək;
  • Büdcənin gəlir və xərc maddələrini təhlil etmək və onların optimallaşdırılması üzrə təkliflər vermək.

Bizim üçün uyğun namizəd:

  • Ali Maliyyə və İqtisadi sahədə təhsilə (ACCA və CFA sertifikasiyası və Xaricdə təhsil üstünlükdür);
  • MS office proqramları üzrə biliklərə (SQL bilikləri arzuolunandır);
  • Sahə üzrə minimum 2 il iş təcrübəsinə;
  • Analitik təhlil bacarığına;
  • Problemləri həll etmə bacarığına;
  • İngilis dili üzrə İELTS (6.5) və ya oxşar sertifikatı olan;
  • Komandada iş bacarıqlarına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək

  • Daily72
  • Weekly167
  • Monthly72