Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Görəcəyiniz işlər:
- Ekvayrinq layihələri üzrə bazar araşdırılması aparmaq və yeni məhsulların hazırlanması üzrə təkliflər hazırlamaq;
- Ekvayrinq məhsulları üzrə texniki tapşırıqların yazılması, layihələrinin idarə edilməsi;
- Potensial müştərilər və seqmentlər üzrə təhlillərin aparılması;
- Məhsullar, biznes vahidləri üzrə təhlillərin aparılması;
- Müvafiq təhlil hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq işlərin tamamlanması;
- Departamentin digər bölmələri tərəfindən sifariş olunan layihələrə dəstəyin göstərilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali texniki və ya iqtisadi təhsilə;
- Ekvayrinq sahəsi üzrə minimum 3 illik təcrübəyə;
- İnduktiv və analitik təhlil bacarığına;
- Təqdimat bacarığına;
- Bank işi və bank əməliyyatlarına dair ümumi biliklərə;
- Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığına;
- Ofis proqramlarında, xüsusilə yüksək Excel və PowerPoint biliklərinə;
- Rus dili və ingilis dili biliyinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.