International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 359
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

Elektrik

  • Deadline 14 September 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığın araşdırılıb tapılması və aradan qaldırılması;
  • İdarə olunan və olunmayan işıqlanma cihazlarının (lampaların) dəyişdirilməsi,tələb olunan halda təmiri;
  • Bütün gördüyü işlər haqqında qeydlərin aparılması və hesabatın  hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.     

Bizim üçün uyğun namizəd:

  • Ali və ya orta ixtisas təhsilli (Elektrik),
  • Sahə üzrə 2 ildən artıq iş təcrübəsi olan;
  • Aşağıda qeyd edilmiş sistem və avadanlıqlara biliklərə sahib olan şəxsdir:
  • 10 kV-luq Transformator Məntəqəsinin 0,4 Kv tərəfinə texniki qulluq (yüksək gərginliyə girmək üçün icazəsi, həmçinin digər sertifikatı olanlara üstünlük verilir.)
  • Avtomatik rejimli dizel generatorlar
  • Qazanxana avadanlıqları,soyutma CHİLLER,VRV,kondisionerlər
  • İnvertorlu mühərriklər
  • Gərginlik tənzimləyiciləri(Gərginlik stabilizatorları)
  • UPS sistemləri
  • Kontaktor,rele,avtomat və s cihazlar
  • Avadanlıqların işləməsinə avtomatik nəzarət sistemi (BMS)
  • Yanğın söndürmə sistemləri
  • Elektrik sxemlərinin oxunması

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily121
  • Weekly519
  • Monthly1243