International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 561
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

İT infrastruktur departamentinə buraxılış hüquqları üzrə aparıcı mütəxəssis

İT infrastruktur departamentinə buraxılış hüquqları üzrə aparıcı mütəxəssis

  • Истекает 18 май 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Müxtəlif bank sistemlərinin IDM/IAM sistemi ilə inteqrasiya proseslərinin həyata keçirilməsi (tədbiqi və inzibatçılığı);
  • Müvafiq tərəfdaşlarla işləyərək, biznes proseslərini qiymətləndirmək və onların potensial avtomatlaşdırılmaya uyğunluğunu təyin etmək;
  • Biznes ehtiyaclarına uyğun olaraq müvafiq proseslərin fəaliyyətini avtomatlaşdırmaq üçün həllər hazırlamaq, inkişaf etdirmək və sınaqdan keçirmək;
  • Mövcud avtomatlaşdırma ilə bağlı problemləri təhlil etmək və onları aradan qaldırmaq;
  • Təmin olunmuş avtomatlaşdırmaların effektivliyini ölçmək və nəzarət etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali texniki və ya iqtisadi təhsilli;
  • ERP sistemlərinin tətbiqi və inzibatçılığı üzrə təcrübə (Dynamics 365 arzuolunandır);
  • Yüksək və ya orta səviyyədə SQL bilikləri (Python bilikləri – arzu olunandır);
  • Microsoft Excel ilə yüksək səviyyəli iş bacarıqları;
  • Bank, telekommunikasiya və sığorta şirkətləri sahəsində ən azı 2 il təcrübəsi;
  • Windows Server əməliyyat sistemləri üzrə biliklər - Active Directory, MS Exchange
  • Güclü kommunikasiya və vaxtın idarə edilməsi bacarığı;
  • Komanda mühitində işləmək bacarığı;
  • Güclü analitik və problem həll etmə bacarığı olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonunda qeyd olunan portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily0
  • Weekly0
  • Monthly1939