Korporativ müştərilərlə iş şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Korporativ müştərilərlə iş şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

  • Deadline 19 Mart 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Təhkim olunmuş cari korporativ müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
  • Yeni korporativ müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək;                     
  • Müştəriləri sorğularını lazımi struktur orqanlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;    
  • Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması                                        
  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;                 
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi.
  • Fəaliyyəti haqqında rəhbərliyə günlük/həfətəlik/aylıq hesabat verilməsi.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Azərbaycan dilini səlis bilənə; rus və ingilis dili arzu olunandır;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Yüksək səviyyədə Microsoft Office proqramları biliyinə;
  • Stresə davamlılığa;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək

  • Daily0
  • Weekly380
  • Monthly954