Pərakəndə kreditləşmə sahəsinin müştəri təcrübələri üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis

Pərakəndə kreditləşmə sahəsinin müştəri təcrübələri üzrə mütəxəssis / aparıcı / baş mütəxəssis

  • Deadline 23 Dekabr 2024

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Biznes tapşırığına uyğun olaraq məlumatların təhlili və məlumatlara uyğun təklif hazırlanması,
  • Komandanın fəaliyyət istiqamətinə uyğun məhsulun optimallaşdırılması, innovativləşdirilməsi istiqamətində davamlı işin aparılması;
  • Kredit və kredit kartı məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ümumi təhlili, qiymətləndirilməsi, təkliflərin hazırlanması;
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
  • Satış kanallarının təhlili və təkliflərin hazırlanması;

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Minimum 1 il iş təcrübəsinə;
  • İstehlak kreditləri, kredit kartı, satış və ya məhsulların yaradılması şöbələrində iş təcrübəsi ;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşmaya;
  • Yüksək səviyyədə MS Excel biliklərinə;
  • SQL, Qliksense biliklərinə;
  • Hesabatlıq və ya analitika üzrə biliklərə (üstünlükdür);
  • İngilis dili  və Rus dili biliklərinə (arzuolunandır);
  • Məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
  • Yeni texnologiyaları öyrənmə və tətbiq etmə həvəsinə sahib olan şəxsdir.
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
  • Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə, qeyd edilmiş portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək

  • Daily81
  • Weekly674
  • Monthly1696