Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Biznes tərəfindən təklif edilən ssenarilərin texniki analizi və EVAM-da develop edilməsi;
- Mövcud olan EVAM ssenarilərin monitorinqi və problemlərin aradan qaldırılması;
- Yeni inteqrasiyaların analizi və formalaşdırılması;
- EVAM platformasının monitorinqi (bug və errorların aradan qaldırılması).
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Oracle (PL/SQL) biliklərə;
- Proqramlaşdırma biliyinə (üstünlükdür);
- Java SE biliyinə (üstünlükdür);
- Alqoritmik düşünmə qabiliyyətinə;
- Linux üzrə biliklərə (üstünlükdür)
- Komandalarla işləmək bacarıqlarına;
- Yeni biliklər öyrənməyə həvəsinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə, qeyd edilmiş portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.