Rəqəmsal dələduzluq sistemləri üzrə sistem inzibatçısı/aparıcı sistem inzibatçısı/baş sistem inzibatçısı

Rəqəmsal dələduzluq sistemləri üzrə sistem inzibatçısı/aparıcı sistem inzibatçısı/baş sistem inzibatçısı

  • Deadline 11 Aprel 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Dələduzluğun idarəedilməsi sistemləri ilə inteqrasiya çərçivəsində rəqəmsal kanalların iş prinsipləri və arxitekturasının öyrənilməsi və dəyişdirilməsi üzrə təkliflərin hazırlanması və daimi inkişaf etdirilməsi;
  • Dələduzluğun idarəedilməsi sistemləri ilə inteqrasiya proseslərində məlumat mübadiləsinin formatının (sinxron, asinxron), tərkibinin müəyyən edilməsi və metadata zənginləşdirmə proseslərinin məntiqinin qurulması;
  • Rəqəmsal dələduzluğun müəyyən edilməsi məqsədilə sistemlərin analizi və yeni sistemlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi və rəhbərliyə bu barədə məlumatın təqdim edilməsi;
  • Rəqəmsal dələduzluq əməliyyatlarının müəyyən edilməsi və qarşının alınması istiqamətində dələduzluq ssenarilərinə uyğun qaydaların hazırlanması, dəyişdirilməsi, aktivləşdirilməsi və deaktivləşdirilməsi;
  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemində mövcud olan qaydaların yanlış-müsbət, aşkarlanma və təşkilatın risk iştahası göstəricilərinə görə məhsuldarlığın analiz edilməsi və uyğun dəyişikliklərin həyata keçirilməsi;
  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemlər ilə aşkarlanmayan rəqəmsal dələduzluq əməliyyatlarının risk iştahası çərçivəsində qiymətləndirilməsi və qaydaların tətbiqinə nəzarət;
  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri üzrə texniki prosedurların davamlı olaraq nəzərdən keçirilməsi və yenilənməsi, fırıldaqçılığı aşkarlama, qarşısını alma və ona cavab vermə effektivliyini və səmərəliliyini artırmaq;
  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri üzrə cavabların və avtomatlaşdırılmış tədbir mexanizmlərinin düzgünlüyünün və işləkliyinin daimi əsasda yoxlanılması və kənarlaşma hallarının aradan qaldırılması üzrə işlərin görülməsi;
  • Rəqəmsal dələduzluq sistemlərinin və həllərinin risklərinin və insidentlərinin müəyyən edilməsi, uçotunun aparılması və alternativ həll metodlarının işlənib hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • İnformasiya, təhlükəsizlik və data texnologiyaları, maliyyə, menecment üzrə bakalavr dərəcəsi olan;
  • Məsafədən bank xidmətləri, ödəniş və kart sistemlərinin texniki iş prinsipləri üzrə yüksək səviyyədə biliklər olan;
  • Kompüter və avadanlıqları, o cümlədən əməliyyat sistemləri üzrə biliklər olan;
  • MS Ofis proqram təminatları üzrə biliklərə sahib;
  • Məlumat sorğulama alətləri üzrə yüksək səviyyədə biliklər (PL/SQL, SQL Developer, Python və.s.);
  • Rəqəmsal dələduzluğun idarəedilməsi sistemləri üzrə biliklər olan;
  • Süni intellekt və maşın öyrənmə modelləri üzrə biliklər olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily0
  • Weekly380
  • Monthly954