International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 757
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

Şəbəkə və əməliyyatların təhlükəsizliyi arxiterukturası üzrə mütəxəssis

Şəbəkə və əməliyyatların təhlükəsizliyi arxiterukturası üzrə mütəxəssis

  • Deadline 18 December 2024

ABB “Şəbəkə və əməliyyatların təhlükəsizliyi arxiterukturası üzrə mütəxəssis” vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Mövcud “Firewall”-ları və digər şəbəkə avadanlıqlarını idarə etmək;
  • Şəbəkə təhlükəsizliyini təmin etmək;
  • Remote access (VPN), Site to site (IPSec VPN) bağlantılarını qurmaqdır.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;
  • Şəbəkə texnologiyaları haqqında yaxşı bilik (məsələn, TCP / IP, marşrutlaşdırma, kommutasiya)
  • PaloAlto Network Firewall-da işləmə bacarığı;
  • Cisco ISE ilə işləmə bacarığı;
  • F5 WAF (Web Application Firewall) sistemində işləmə bacarığı;
  • Azərbaycan dili, ingilis dili (texniki) bilikləri;
  • Lisenziya / sertifikat (arzu olunan): CCNA, PCNSA, CompTIA Security+
  • Komandada işləmək bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə, qeyd edilmiş portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək

  • Daily19
  • Weekly547
  • Monthly2190