International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 211
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

Tətbiq performansının monitorinqi üzrə qrup rəhbəri

Tətbiq performansının monitorinqi üzrə qrup rəhbəri

  • Deadline 11 April 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Front-End və Back-End code səviyyəsində analiz;
  • Production mühitində baş verən problemlərin monitorinqi və müəyyən olunması, eyni zamanda 1-ci və 2-ci səviyyə infrastruktur və applikasiya problemlərin müəyyən olunması;
  • Problemin səbəbinin dərin analizi və cloud/infrastruktur problemlərinin həlli üçün təkliflərin verilməsi;
  • Product, R&D və Support komandaları ilə birlikdə işləyərək problemlərin üzə çıxarılması və həlli;
  • Monitorinq dashboard-ları, problem analizi, üzə çıxan insidentlərin həlli, sənədləşdirmə və koordinasiyası;
  • Alert-lərə əhəmiyyət dərəcəsinə görə cavab vermək və prosedur və strategiyalara müvafiq olaraq problemlərin sürətli şəkildə report olunması;
  • Komandada işləmək bacarığı və motivasiyası.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • İngilis dilində upper-intermediate (B2) səviyyəsi var ;
  • Monitorinq prinsipləri haqqında anlayış, applikasiya və infrastruktur monitorinqi alətlərindən istifadə bacarıqları və minimum 4 il iş təcrübəsi olan (Dynatrace, OpenTelemetry, Firebase, Google analytics, Grafana, Prometheus və s.);
  • Openshift, K8S (container orceshtration) iş təcrübəsi olan;
  • Veb-texnologiyalarla bağlı anlayışlı (REST, cloud-based applikasiyalar);
  • Logging və Management sistemləri ilə iş təcrübəsi (ElasticSearch, Kibana və s.) ;
  • Mikroservislər və Smartscape servis topologiyası haqqında iş təcrübəsi;
  • Database sistemləri , SQL bilik və bacarlıqları olan;
  • Ən azı bir proqramlaşdırma və ya scripting dili ilə bağlı bilikləri olan;
  • Şəbəkə haqqında bilikləri var, HTTP, DNS, Load-balancers, şəbəkə təhlükəsizliyi və s;
  • Yüksək ünsiyyət bacarıqlarına sahib olan şəxsdir;

Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily145
  • Weekly380
  • Monthly954