Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görərəcəyiniz işlər:
- Tətbiqlər üçün UI komponentlər və SDK-ların hazırlanması;
- Texniki cəhətdən kompleks və domain-specific həlləri dəstəkləmək;
- Platforma səviyyəsində arxitektura və texniki qərarlar vermək;
- Developer productivity-ni artıran daxili alətlər hazırlamaq və təkmilləşdirmək;
- CI/CD pipeline-lərin dizaynı və implementasiyasi;
- Monitorinq, performans-analiz və alerting sistemlərini qurmaq və dəstəkləmək;
- Ümumi texniki prosesləri optimallaşdırmaq və dokumentasiya hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Android development sahəsində 4+ il təcrübə;
- Kotlin və presentation arxitektura pattern-ləri (MVVM, MVI) üzrə dərin bilik;
- Multithreading və asynchronous proqramlaşdırma prinsiplərini yaxşı bilmək;
- Java, Kotlin, Firebase, Retrofit2, Dagger, Room, Coroutines texnologiyaları ilə işləmə təcrübəsi;
- GitLab üzərində Android CI/CD pipeline-lərinin qurulması və idarə olunması
- üzrə təcrübə;
- Jetpack Compose və multi-module project architecture ilə təcrubə;
- Müxtəlif komandalarla effektiv kommunikasiya qura bilmək, tələbləri aydınlaşdırmaq və razılaşdırmaq bacarığı olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonunda qeyd olunan portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.