Texnologiya və arxitektura sahəsinə İOS üzrə baş proqramçı

Texnologiya və arxitektura sahəsinə İOS üzrə baş proqramçı

  • Deadline 18 May 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • iOS arxitekturasını formalaşdırmaq və istiqamətləndirmək: Digər mühəndislərlə birgə modular bir arxitektura dizayn edəcək və inkişaf etdirəcək.
  • Foundation: Ümumi istifadə olunan modullar və dizayn sistemlərindən tutmuş daxili SDK-lara qədər, iOS tətbiqlərimizi dəstəkləyən hissələri yaradacaq və təkminləşdirəcək.
  • Mühəndis təcrübəsini yaxşılaşdırmaq: Daxili tool-lar, project template-lər, CI/CD təkmilləşdirmələri və ən yaxşı təcrübələri tətbiq etmək – iOS proqramçılarımızın daha sürətli və asan şəkildə işləməsi üçün hər şey.
  • Komandalar Arası Əməkdaşlıq: Dizayn, Backend, Android və QA ilə sıx əməkdaşlıq edəcək, bununla da platformalar arasında uyumlu təcrübələr qurulmasını təmin edəcəksiniz.
  • Mentorluq: Digər mühəndisləri dəstəkləyəcək, müntəzəm olaraq kod/arxitektura nəzərdən keçirmələri edəcək və komandanın inkişaf etməsinə kömək edəcəksiniz.
  • Metriklər: Proqramda baş verən səhvlər, tətbiq başlama vaxtı və build vaxtı kimi göstəriciləri izləyəcək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • iOS platformasında minimum 4 il təcrübəyə malik;
  • Swift proqramlaşdırma dil biliyi olan;
  • SwiftUI/UIKit, Swift Concurrency, Memory management;
  • Modular arxitektura ilə tətbiqlər qurmuş və ya qurulmasında rəhbərlik etmisiniz. MVVM(C), VIPER və s. kimi arxitektural modellər ilə təcrübəsi;
  • CI/CD ilə praktik təcrübə (GitLab, Fastlane və s.) və dependency manager (SPM) ilə işlə bilən;
  • Private ve ya Public SDK-lar qurulmasında iştirak üstünlükdür.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et butonunda qeyd olunan portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily108
  • Weekly241
  • Monthly2169