International Bank of Azerbaijan International Bank of Azerbaijan
  • 708
International Bank of Azerbaijan

International Bank of Azerbaijan

Financial services , Consumer Finance , Banks

VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssis

VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssis

  • Истекает 27 октябрь 2024

ABB “VİP müştərilərlə iş şöbəsinin müştəri meneceri mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssis vakansiyası  elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Görəcəyiniz işlər: 

  • Təhkim olunmuş cari VİP müştərilərin idarə edilməsi, məhsul satışının həyata keçirilməsi;
  • Yeni VİP müştərilərin banka cəlbini və məhsul satışını həyata keçirmək; 
  • Müştərilərə zənglər vasitəsilə və ya onların iş yerlərini ziyarət etməklə Bankın məhsul və xidmətləri barədə ətraflı məlumat vermək, təqdimat etmək;
  • Müştəri sorğularını bankdaxili strukturlarla koordinasiya etmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək prob  lemlərin həllinə sonadək dəstək olmaq;                                                
  • Portfelində olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;                 
  • Təyin edilmiş rüblük və illik hədəflərə çatmaq üçün lazımı işlərin görülməsi. 

Bizim üçün uyğun namizəd:

  • Ali iqtisadi təhsilə;
  • Azərbaycan və rus dilini səlis bilənə; ingilis dili arzu olunandır;
  • Bank təcrübəsinə (mütləqdir);
  • Pərakəndə və ya korporativ müştərilərlə iş sahəsində minimum 2 il təcrübəyə;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığına;
  • Stresə davamlılığa;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətlərinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/   portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily48
  • Weekly143
  • Monthly48