Yanğın mühafizə-siqnalizasiya sitemləri üzrə mütəxəssis/aparıcı mütəxəssis

Yanğın mühafizə-siqnalizasiya sitemləri üzrə mütəxəssis/aparıcı mütəxəssis

  • Deadline 6 Aprel 2025

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Honeywell,Vista, Hikvision  proqramlarında sərbəst işləmək bacarığı,
  • Banka məxsus inzibati binalarda yanğın-mühafizə sistemlərinin proqram təminatı üzrə inzibatçılığının aparılması,
  • Banka məxsus inzibati binalarda quraşdırılmış yanğın-mühafizə sistemi avadanlıqlarına planlı texniki baxışların  həyata keçirilməsi  və nasazıqların aradan qaldırılması,
  • Bank üzrə  qəbul edilən aidiyyatı qərarların, əmr və sərancamların icrasını təmin etmək,
  • Windows serverlərlə işləmə bacarığı,
  • Departament və şöbə rəhbərliyinin  tapşırıqları əsasında fəaliyyəti  prosesində meydana çıxan hər hansı digər funksiyanı yerinə yetirmək,
  • Daxili intizam qaydalarına ciddi riayət etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli və ya texniki peşəsi olan;
  • Yanğın təhlükəsizliyi sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
  • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
  • Detallara diqqət yetirmə bacarığına sahib olan;
  • Məsuliyyətli və intizamlı şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Daily0
  • Weekly380
  • Monthly954