A ABK MMC
  • 294

ABK MMC

Other

Keyfiyyətə nəzarət üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə menecer

  • Deadline 28 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında məlumat:

  • Laboratoriyada AZS İSO/İEC 17025:2020 standartına uyğun sistemin yaratmaq, tətbiq etmək və iş birliyinin izlənməsini təmin edilməsi; 
  • Keyfiyyət Sisteminin şərtlərinə uyğun Laboratoriya İdarəetmə Sistemi (bundan sonra LİS) üzərindən sənədləşdirmə işlərini həyata keçirilməsi və personalın LİS üzərindən KİS sənədləri ilə tanış edilməsi; 
  • Keyfiyyət Sistemi çərçivəsində görülən işlərin əhəmiyyətini personalın nəzərinə çatdırılması, keyfiyyət hədəflərini müəyyən edilməsi və hədəflərə çatmaqda onların iştirakını təmin edilməsi; 4. Keyfiyyət Sisteminin yoxlanması, onun təkmilləşməsi üçün lazımi dəyişikliklərin edilməsi; 
  • Keyfiyyət Sisteminin performansının qiymətləndirilməsi məqsədi ilə Rəhbərlik Tərəfindən Təhlil iclaslarının həyata keçirilməsi, alınan qərarların əlaqədar personala çatdırılması; 
  • Periodik olaraq həyata keçirilən Rəhbərlik Tərəfindən Təhlil iclaslarında müzakirə edilən fəaliyyət hesabatlarını və hədəflərini izlənilməsi; 
  • “AGRO Bitki Klinikası” MMC Mərkəzləşdirilmiş Sınaq Laboratoriyasında uyğunsuzluq fəaliyyətlərinin nəticələrinin izlənilməsi və görülən tədbirlərin yoxlanması; 
  • Keyfiyyət fəaliyyətlərinin hər səviyyədə anlaşılan ola bilməsi üçün təlim fəaliyyətlərinin başladılması; 
  • Keyfiyyət sənədlərinin uyğun şərtlərdə və göstərilən müddətlərdə saxlanmasını və məhv edilməsini həyata keçirməli; 
  • İllik daxili audit (Keyfiyyət Sistemi) proqramını hazırlamaq və tətbiq etmək; 
  • Düzəldici və Qabaqlayıcı fəaliyyətləri izləmək və hesabat vermək; 
  • Daxili auditlərin təşkil edilməsi və keçirilməsində iştirak etmək;
  • Yeni prosedur, təlimat, forma hazırlandıqda personalın məlumatladırılması; 
  • İllik audit və təlim planlarının hazırlanması; 
  • Laboratoriya personalının koordinasiyada işləməsini və LİS-nin və KİS-in daimiliyini təşkil edilməsi, məsuliyyətlərin bölünməsini həyata keçirmək; 
  • Laboratoriyanın fəaliyyəti ilə əlaqədar olan düzgünlüyü, inamı təhlükə altına ala biləcək heç bir fəaliyyət göstərməməyi, MMC-nin kommersiya sirri hesab edilə bilən məlumatlarını məxfi saxlamaq və qorumaq;
  • Risk qiymətləndirilməsinin aparılması, cari risklərin dəyərləndirilməsi, gələcək risklərin müəyyən edilməsi; 
  • Risklərin aradan qaldırılması üçün təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi; 
  • Əmək intizamına, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməyin mühafizəsi və daxili əmək intizamına ciddi riayət edilməsi.

Tələblər:

  • Ali təhsil (bioloq, kimyaçı və ya texniki ixtisaslar)
  • Müvafiq sahədə ən az 1 il iş təcrübəsi
  • Azərbaycan dili səlis, rus dili, ingilis dili arzuolunandır.
  • MS Office proqramlarında işləmə bacarığı
  • ISO/İEC 17025-2017 standartının tələbləri, bu standart üzrə daxili audit sertifikatı, keyfiyyət və HSE üzrə digər sertifikatlar arzu olunandır
  • Çevik, dürüst, ünsiyyətcil, komandada işləmək bacarığı, stressə davamlılıq, analitik düşünmə qabiliyyəti olmalı , diqqətli olmalı, ezamiyyə səfərlərinə hazır olmalı

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə
  • 5 günlük iş qrafiki
  • Ə/H 1500-1800 AZN

Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

  • Daily50
  • Weekly171
  • Monthly2772