Konsultinq xidmətləri göstərən şirkətimizə nəzəri bilikləri yaxşı səviyyədə olan məsuliyyətli və korporativ hüquq sahəsində karyerasını inkişaf etdirmək hədəfi olan Hüquqşünas axtarılır. Hüquq sahəsində biliyinizi real iş mühitində tətbiq etmək və bu sahədə hərtərəfli inkişaf etmək fürsəti sizi gözləyir!
Vəzifə öhdəlikləri:
- Müştərilərə hüquqi məsləhətlərin verilməsi
- Müqavilələrin və hüquqi sənədlərin hazırlanması və təhlili
- Əmək, mülki, miqrasiya və vergi hüququ sahəsində hüquqi məsələlərin araşdırılması və həlli
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi
Tələblər:
- Ali hüquq təhsili (bakalavr və ya magistr)
- Əmək, Mülki, Miqrasiya, Vergi Məcəllələri və müqavilə hüququ üzrə biliklər
- İngilis dilində sərbəst danışıq və yazı bacarığı
- Analitik düşüncə və hüquqi riskləri qiymətləndirmə bacarığı
- İş təcrübəsi tələb olunmur, lakin korporativ hüquq sahəsində inkişaf etmək məqsədinin olması vacibdir
- Məsuliyyətli, dəqiq və komandada işləməyə açıq olmaq
İş şəraiti
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
- İş yeri: Bakı
- İş qrafiki: Tam ştat
Necə müraciət etməli:
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Hüquqşünas vakansiyası” yazmağı unutmayın