ABS Partner MMC şirkəti satış komandasına qoşulacaq, B2B satış sahəsində təcrübəli, ünsiyyətcil və nəticəyönümlü **Satış Meneceri** axtarır.
Namizədə tələblər:
- Qadın namizədlərə üstünlük verilir.
- B2B satış sahəsində praktiki iş təcrübəsi;
- Xidmət sektorunda satış təcrübəsi üstünlükdür;
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının inkişaf etdirilməsi bacarığı;
- Hədəflərlə işləmək və nəticə əldə etmək motivasiyası;
- Müştəriyönümlü və məsuliyyətli yanaşma;
- Yeni müştərilərin cəlb edilməsi və satış imkanlarının inkişaf etdirilməsi bacarığı
- Hədəflərlə işləmək və nəticə əldə etmək motivasiyası
- İngilis dili — B2 və ya daha yüksək
- Rus dili — yaxşı səviyyədə
Əsas vəzifələr:
- Yeni B2B müştərilərin müəyyənləşdirilməsi və cəlb edilməsi
- Potensial müştərilərlə görüşlərin və danışıqların aparılması
- Şirkətin xidmətlərinin peşəkar şəkildə təqdim edilməsi
- Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin idarə olunması
- Mövcud müştəri portfelinin inkişaf etdirilməsi
- Satış planlarının və KPI-ların yerinə yetirilməsi
- Bazar və müştəri ehtiyaclarının analiz edilməsi
Biz nə təklif edirik
- Rəqabətli əməkhaqqı + bonus sistemi
- Peşəkar və dinamik iş mühiti
- Karyera və şəxsi inkişaf imkanları
- Şirkətin inkişafında aktiv rol almaq imkanı
İş şəraiti
- Lokasiya: Çinar Park Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əməkhaqqı: 800 AZN + bonus
Əgər siz B2B satış sahəsində təcrübəli, ünsiyyətcil və nəticəyə fokuslanan birisinizsə, CV-nizi bizə göndərin. CV-lərinizi “Satış Meneceri” başlığı ilə poçt ünvanına göndərməyiniz xahiş olunur.