Abşeron Logistika Mərkəzi Abşeron Logistika Mərkəzi
  • 230

Hesabatlıq üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hesabatlıq üzrə mütəxəssis

  • Истекает 16 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Gündəlik hesab fakturaların kəsilib göndərilməsi
  • Gündəlik bank mədaxillərin sistemə işlənilməsi və debitor hesabatın hazırlanması.   
  • Debitor  borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq.
  • Gələn qaimələrin reyesterinin tutulması və ay ərzində gələn qaimələrin sistemə işlənilməsi.
  • Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi.
  • Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar).
  • Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması. 
  • Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
  • Maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (Mühasibatlıq sahəsində də iş təcrübəsi arzuolunandır və üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, İngilis dili üstünlükdür;
  • Komputer bilikləri: Word, Outlook, 1C proqramlarını yaxşı, Excel proqramını  əla bilməli;
  • Yüksək kommunikasiya bacarığı
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;

Peşəkarlıq tələbləri:

  • Dəqiq və diqqətli, 
  • Ciddi və məsuliyyətli,
  • E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
  • Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
  • Təhlil qabiliyyəti,
  • Problem həll etmə bacarığı,
  • Reporting (hesabatvermə qabiliyyətli),
  • Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsindəHesabatlıq üzrə mütəxəssisşəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

  • Daily93
  • Weekly573
  • Monthly1666