Abşeron Logistika Mərkəzi Abşeron Logistika Mərkəzi
  • 671

Abşeron Logistika Mərkəzi

Peşəkar xidmətlər , Hava yükləri və logistika

Kiçik daxili auditor

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik daxili auditor

  • Deadline 12 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi;
  • Məlumatların toplanması, sənədləşdirilməsi və təhlilinin həyata keçirilməsi;
  • Audit plan və proqramlarına uyğun olaraq audit prosedurlarının hazırlanmasında iştirak;
  • Məlumatları və əlavə sənədləri araşdıraraq daxili nəzarət mexanizmlərinin yoxlanılması;
  • Audit layihələrinə dair müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
  • Audit sənədlərinin qorunub saxlanmasının təmini;
  • Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqların həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, audit və s.);
  • Maliyyə, mühasibatlıq və audit sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;
  • Beynəlxalq peşəkar sertifikatlara (ACCA MA, FA) malik olmaq;
  • Dil bilikləri: Mükəmməl səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis dili;
  • Komputer bilikləri: MS Office proqramlarında (Word, Excel, Outlook) yaxşı səviyyədə işləmə bacarığı

Peşəkarlıq tələbləri:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması;
  • Öyrənmək, öyrətmək bacarıqları;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;
  • İşgüzar, səlis və aydın danışıq qabiliyyətinin olması
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 12.02.2026-cı il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik daxili auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

  • Daily80
  • Weekly344
  • Monthly1776