Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Logistik xidmətlər (terminal, avto və dəmiryol daşıması, anbar xidməti, gömrük rəsmiləşdirməsi) üzrə nəqliyyatçı bazasını formalaşdırmaq və onlardan xidmət alışını təmin etmək;
- Müştərilərlə işin təşkili, onların tələblərinə uyğun xidmətlərin təmin edilməsi və qiymətin formalaşdırılması;
- Müştəri sifarişi üzrə daşımaların həyata keçirilməsi və gedişatın izlənməsi;
- Logistik xidmətlər üzrə əməliyyatların uçotunun aparılması;
- Fəaliyyət ilə bağlı hesabatların hazırlanması və mərkəzi ofisə təqdim edilməsi.
Nazmizədə olan tələblər:
- Ali təhsil;
- Nəqliyyat, logistika və ya digər əlaqəli sahələrdə minimum 5 il iş təcrübəsi olan bəylər;
- Azərbaycan və İngilis dillərini səlis bilməli, rus dili biliyi üstünlükdür;
- Ölkədən xaricdə uğunmüddətli fəaliyyətə açıq olmalı;
- Ms.Office proqramları ilə sərbəst işləmək bacarığı.
Professional bacarıqlar:
- Beynəlxalq tərəfdaşlar, komanda üzvləri və müxtəlif mədəniyyətlərdən olan maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək üçün mükəmməl ünsiyyət bacarığı
- Əməliyyat məlumatlarını təhlil etmək, səmərəliliyi artırmaq üçün analitik-strateji düşünmə bacarığı
- Komanda üzvlərini motivasiya etmək, öyrətmək və əməliyyat məqsədlərinə çatmaq üçün istiqamətləndirəcək liderlik bacarıqları
- Mükəmməl problem həll etmə bacarığı.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 11.01.2026-cü il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Logistika üzrə koordinator” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.