Mühafizəçi

  • Deadline 10 August 2026

“Abşeron Logistika” MMC “Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

·        Nəzarət-buraxılış sisteminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək;

·        Müəssisə ətrafını nəzarət altında saxlamaq, kamera vasitəsilə nəzarəti təmin etmək;

·        Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;

·        Növbəni təlimata uyğun şəkildə təhvil almaq və təhvil vermək

·        Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək;

·        Binaya daxil olan və binadan çıxan bütün şəxslərin (o cümlədən işçilərin) qeydiyyatını aparmaq.

Namizədə qarşı tələblər:

·        Ali təhsil arzuolunandır;

·        Hərbi xidməti başa vurmuş;

·        Müvafiq sahədə 1 il iş təcrübəsi;

·        Yaş həddi 24-35

·        Səlist nitq qabiliyyətinə malik olmalıdır;

·        Müəssisə daxili nizam, intizam və etik davranış qaydalarına əməl etmək.

 

 

Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər. CV-lərin qəbulu üçün son tarix 10.08.2026-cı il tarixidir.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mühafizəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

  • Daily110
  • Weekly633
  • Monthly1033