“Abşeron Logistika” MMC “Risklərə nəzarət və monitorinq meneceri” vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Struktur vahidləri üzrə sənədlərin yoxlanması, mütəmadi risklərin təhlili və monitorinqinin təmin edilməsi;
- Maliyyə, mühasibatlıq sahəsi üzrə əməliyyatların yoxlanılması, sənədlərin proqram təminatı məlumatları ilə üzləşdirilməsi, təhlili və hesabatların hazırlanması;
- Sənədləşmə və maliyyə proseslərinin yoxlanılması, risklərin rəhlili və hesabatların hazırlanması;
- Məlumatların analitik təhlili və hesabatın hazırlanması;
- Proseslərin təhlili, təkliflərin verilməsi;
- Ehtiyatlardan istifadənin səmərəliliyini, düzgünlüyünü və onların istifadəsinə nəzarətin qiymətləndirilməsi;
- Yoxlamalar zamanı aşkar edilmiş nöqsan və boşluqlarla bağlı tövsiyələr vermək və nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqinin koordinasiya edilməsi;
- Yoxlamalar zamanı şirkətin fəaliyyətinə və ya maraqlarına risk yaradan / ziyan vuran şəraitin mövcudluğunu, baş vermiş və ya baş verməsi ehtimal olunan pozuntuları müəyyən etmək;
- Aparılmış yoxlamarın nəticələrinə dair hesabatlar hazırlayıb və çatışmazlıqların aradan qaldırılması üçün təkliflər vermək;
- İdarəetmə orqanlarının qərarvermə prosesini dəstəkləyən və müşayiət edən hesabatların hazırlanması;
- Monitorinq və təhlil nəticələrini struktur vahidi rəhbərləri ilə müzakirə etmək, aradan qaldırılmasını izləmək və birbaşa rəhbərinə hesabat vermək.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsill (Biznesin idarə edilməsi, Maliyyə, Mühasibat uçotu və audit və s.);
- Müvafiq sahədə iş təcrübəsi - minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dilləri üstünlükdür;
- MS Office (Word, Outlook) proqramlarını yaxşı səviyyədə, Excel-i yüksək səviyyədə bilmək,
- 1C proqramında iş bacarığı üstünlükdür
Peşəkar tələblər:
- Liderlik, idarəetmə bacarıqları;
- Prosesləri idarə etmək qabiliyyəti;
- Təqdimat bacarıqları,
- Starteji düşünmə qabiliyyəti,
- Vergi qanunvericiliyi və mühasibat uçotu qaydalarını bilməli.
Göstərilən tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək karyera portalı üzərindən və ya CV formalarını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risklərə nəzarət və monitorinq meneceri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.