Ümumi vəzifə öhdəlikləri:
- Sifarişlərə əsasən təchizatçılardan təhvil alınan malların Daxili anbara yönləndirilməsi;
- Struktur rəhbəri tərəfindən daxil olan satınalma tələblərinin qəbul edilməsi və ilkin yoxlanılması;
- Təsdiq edilmiş satınalma proseduruna uyğun olaraq bazar araşdırmasının aparılması;
- Təchizatçılardan kommersiya təkliflərinin toplanması və müqayisəli təhlilinin hazırlanması;
- Alternativ təchizatçı bazasının formalaşdırılması və yenilənməsi;
- Təchizatçılarla ilkin danışıqların aparılması;
- Müqavilə layihələrinin hazırlanması və aidiyyəti strukturlarla razılaşdırılması;
- Sifarişlərin mövcud ERP sistemi üzərindən rəsmiləşdirilməsi;
- Çatdırılma prosesinə nəzarət və gecikmələrin operativ həlli;
- Qəbul-təhvil sənədlərinin yoxlanılması və maliyyə sənədlərinin düzgünlüyünün təmin edilməsi;
- Satınalma prosesləri üzrə hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- IT və Marketinq yönümlü sifarişlərin təminində minimum 1 ilədək iş təcrübəsi;
- Dil bilikləri: Mükəmməl səviyydə Azərbaycan dili, rus dili biliyi üstünlükdür;
- Komputer bilikləri: MS Office, Outlook, 1C proqramlarını mükəmməl bilməli;
Peşəkarlıq tələbləri:
- Dəqiq və diqqətli,
- Ciddi və məsuliyyətli,
- Təhlil qabiliyyəti,
- Problem həll etmə bacarığı,
- Verilən tapşırıqları zamanında təhvil vermə,
- Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək - https://career.absheronport.az/ karyera portalımız üzərindən və ya CV formalarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)