Yanğın təhlükəsizliyi üzrə rəhbər

  • Истекает 18 июнь 2026

“Abşeron Logistika” MMC  “Yanğın təhlükəsizliyi üzrə rəhbər” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Müəssisənin bütün sahələri üzrə yanğın risklərinin qiymətləndirilməsi, mövcud uyğunsuzluqların müəyyənləşdirilməsi və önləyici tədbirlərin icrasını təmin etmək;İstehsalat, İnzibati və texniki sahələri əhatə edən yanğın təhlükəsizliyi siyasətinin hazırlanması və tətbiqini təmin etmək;
  • Yanğın risklərini müəyyən etmək, siqnalizasiya, sprinkler və söndürmə sistemlərinin fasiləsiz işləməsinə nəzarət etmək;
  • Yanğınsöndürmə avadanlıqları və müvafiq təhlükəsizlik vasitələrindən düzgün və effektiv istifadə bacarığı;
  • Yüksək intizam və məsuliyyət nümayiş etdirmək, fövqəladə vəziyyətlərdə çevik və operativ qərarvermə qabiliyyətinə malik olmaq;
  • Yanğın və digər fövqəladə hallar zamanı operativ ilkin müdaxilənin təşkili, yanğının lokallaşdırılması və yayılmasının qarşısının alınması, insanların təhlükəsiz şəkildə təxliyəsinin təmin edilməsi, zərurət yarandıqda xilasedici tədbirlərin həyata keçirilməsi;
  • Təxliyə planlarının hazırlanması və yenilənməsi;
  • Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işləmək;
  • Fövqəladə hadisələr zamanı operativ qərarvermə və hadisənin idarə olunmasını koordinasiya etmək;
  • Yanğın təhlükəsizliyi üzrə aparılan yoxlamalar, aşkarlanmış risklər, görülmüş tədbirlər və fövqəladə hallar üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
  • Yanğın təhlükəsizliyi barədə heyətin təlimatlandırılmasını təşkil və təmin etmək.
  • Fəaliyyəti və görülmüş tədbirlər, risklər barədə birbaşa rəhbərinə hesabat vermək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Yanğın təhlükəsizliyi, Texniki təhlükəsizlik, Mülki müdafiə və s)
  • Müvafiq sahədə minimum 10 ilədək iş təcrübəsi, o cümlədən Yanğınsöndürmə sahəsində və ya peşəkar yanğınsöndürmə komandasında minimum 7 il iş təcrübəsi.
  • Azərbaycan dilini sərbəst bilmək, rus dilini bilmək üstünlükdür;
  • Kompyuter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı.

Peşəkar tələblər:

  • Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi qaydaları və normativ sənədləri üzrə biliklər;
  • Yanğın təhlükəsizliyi qaydaları üzrə beynəlxalq standartlar üzrə biliklər; 
  • Fövqəladə hallara hazırlıq məqsədi ilə təlim və təxliyyə məşqlərinin təşkil edilməsi bacarıqları;
  • Müvafiq yanğnsöndürmə, fövqəladə hallar, xilasetmə və ilkin tibbi yardım üzrə sertifikatların olması,
  • Sənayee müəssisələri, zavodlar, istehsalat sahələıri, anbar kompleksləri, enerji obyektləri və digər riskli obyektlərlə iş bacarıqlarının olması üstünlükdür;
  • Təhlükəsizlik sistemləri və risk idarəetməsi üzrə biliklər;
  • Yanğın təhlükəsizliyi sistemləri və avadanlıqları üzrə texniki biliklər;
  • Liderlik və komanda idarəetmə bacarıqları;
  • Fövqəladə halların idarə olunması və təhlükəsizlik standartları üzrə məlumatlılıq;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər Müraciət et düyməsind əqeyd olunan linkə keçid edərək karyera portalı üzərindən və ya  CV formalarını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Yanğın təhlükəsizliyi üzrə rəhbər” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

  • Daily111
  • Weekly271
  • Monthly1655