“Absheron Hospitality Group” MMC “Anbardar” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Əsas öhdəliklər:
- Gündəlik anbar fəaliyyətinin planlaşdırılması və işlərin icra edilməsi;
- Mövcud stok qalığının gündəlik monitorinqini həyata keçirmək;
- Məhsulların satış tezliyi, dövriyyə və mövsümi tələbatın təhlil edilməsi;
- ERP sistemində sifariş sənədlərinin yaradılması və ya satınalma şöbəsinə sifarişlərlə bağlı dəqiq məlumatların bildirilməsi;
- Təchizatçı qaiməsinin, hesab-fakturanın və sifariş sənədlərinin müqayisə edilməsi;
- Sifarişlərlə faktiki gələn məhsulun uyğunluğunun yoxlanılması, uyğunsuzluq olduqda bununla bağlı təchizatçının nümayəndəsinə və satınalma əməkdaşına məlumat verilməsi;
- Yararsız məhsullar olduqda onların təchizatçıya geri göndərilməsi üçün məhsulların sənədləşdirilməsi;
- Məhsulların sayılaraq və ya çəki ilə qəbul edilməsi;
- Fiziki zədələrin, qablaşdırma pozuntularının və keyfiyyət standartlarına uyğunluğun yoxlanması;
- Qəbul edilən məhsulların ERP sistemində işlənməsi;
- Daxil olan məhsulların sənədlərə uyğunluğunun yoxlanılması, yükləmə və boşaltma prosesinin icra olunması;
- Anbarda məhsulların çeşidlənməsi standartlarına əməl etmək;
- Anbardakı məhsulların qorunmasına cavabdeh olmaq;
- Maliyyə və satınalma şöbəsi ilə operativ əməkdaşlıq etmək;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
- Anbar təsərrüfatının təşkili qaydalarını bilmək;
- Məhsulların saxlanma şəraiti və standartlar haqqında biliklərin olması;
- Diqqətli və məsuliyyətli olmaq;
- Problem həll etmə və qərarvermə bacarığının olması;
- Anbar idarəetmə proqramları bilmək (1C; R-Keeper, iiko və s.);
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.
E-mail göndərilərkən mövzu hissəsində “Anbardar” qeyd olunmalıdır.
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.