Əsas öhdəliklər:
- Yeni reseptlərin hazırlanması, dad balansının qurulması və sınaq bişirmələrinin həyata keçirilməsi;
- Porsiya ölçülərinin və kalori hesablamalarının müəyyən edilməsi;
- Texnoloji kartların (inqrediyent siyahısı, çəkilər, hazırlanma mərhələləri, saxlanma müddəti) tərtibi;
- Tədarükçülərdən gələn məhsulların keyfiyyətinin və təzəliyinin yoxlanılması;
- Qəbul aktlarının yoxlanılması və anbara düzgün yerləşdirilmənin təmin edilməsi;
- Ət, toyuq və balığın təmizlənməsi, sümüklərdən ayrılması;
- Sousların, şorbaların və yarımfabrikatların öncədən hazırlanması;
- Yeməyin dad, tekstura və görünüş keyfiyyətinə nəzarət etmək;
- Yeməklərin masalar üçün estetik qaydada hazırlanması;
- Şəxsi gigiyena qaydalarına riayət etmək, iş masasının və mətbəx sahəsinin təmiz saxlanılması;
- Mətbəx avadanlıqlarının düzgün və təhlükəsiz istifadə olunması və nasazlıqların vaxtında rəhbərliyə bildirilməsi;
- Məhsul qalığının mütəmadi yoxlanılması;
- İtki və tullantıların minimuma endirilməsi;
- Yeni işçilərin təlimatlandırılması və onların iş bölgüsünün aparılması;
- Köməkçi aşpaz və mətbəx personalının işinin təşkili;
- Qaz, elektrik və digər riskli avadanlıqlarla işləyərkən təhlükəsizlik qaydalarına əməl edilməsi.
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3-4 il iş təcrübəsinin olması;
- İtalyan mətbəxində iş təcrübəsinin olması
- Şikayətlərin peşəkar şəkildə həlli;
- Yaradıcılıq və innovasiya;
- HACCP, gigiyena və sanitariya standartlarını bilmək;
- Təmkinli və nəzakətli ünsiyyət tərzi nümayiş etdirmək;
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;
“Absheron Hospitality Group” MMC “Aşpaz” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;
Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;
Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.