İnsan resursları üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan resursları üzrə mütəxəssis

  • Истекает 12 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Absheron Hospitality Group” MMC “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Əsas öhdəliklər:

  • İşçilərin işə qəbulu, vəzifə dəyişiklikləri və işdən azad olunması ilə bağlı işlərin icra olunması;
  • İşçilər üçün işin xüsusiyyətinə uyğun vaxtı rejimlərinin tərtib edilməsi və işçilərin işə davamiyyətinin izlənməsi;
  • Vakansiyaların elan olunması, işçi müraciətlərinin qiymətləndirilməsi;
  • İşə qəbul müsahibələrinin təşkil edilməsi və işə qəbul proseslərinin effektiv idarə olunması;
  • İnsan resursları proseslərinin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • İşçilərlə bağlanan əmək müqavilələrinin hazırlanması və onların qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi məlumatlarının ERP sistemində (elektron və ya kağız daşıyıcıda) qeyiyyatını həyata keçirmək, məlumatların vaxtında yenilənməsini təmin etmək;
  • İşçilərin məzuniyyətlərinin uçotunu aparmaq, məzuniyyət qrafiklərinin hazırlanmasında iştirak etmək və məzuniyyət əmrlərinin rəsmiləşdirilməsini həyata keçirmək;
  • İşçilərin müəssisənin daxili qaydaları və prosedurları ilə tanış edilməsi;

Vəzifə üzrə əsas tələblər:

  • Müvafiq sahədə 2 il iş təcrübəsinin olması;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklərinin olması;
  • İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında biliklərinin olması;
  • Effektiv ünsiyyət və təqdimat bacarığının olması;
  • Komanda ilə işləmək bacarığının olması;
  • Məxfi məlumatlarla işləmək təcrübəsinin olması;
  • İngilis dili biliyinin olması;
  • Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması;

Qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur;

Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily102
  • Weekly317
  • Monthly1173