Absheron Hospitality Group MMC Absheron Hospitality Group MMC
  • 225

Absheron Hospitality Group MMC

Other

Restoran meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Restoran meneceri

  • Deadline 22 February 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Absheron Hospitality Group” MMC “Restoran meneceri” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır;

Şirkət haqqında:

  • Şirkət yeni fəaliyyətə başlayacaq beynəlxalq restoran şəbəkəsinin idarəçiliyini həyata keçirəcəkdir. Brendin əsas məqsədi hansı ölkədə fəaliyyət göstərməsindən aslı olmayaraq müştərilərə eyni keyfiyyət və təcrübəni təqdim etməkdir. Restoranlar brendin xidmət və keyfiyyət standartları əsasında fəaliyyət göstərəcək. Restoran şəbəkələrinin genişlənmə prinsipi planlı və mərhələli inkişaf strategiyasına əsaslanır.

Əsas öhdəliklər:

  • Restoranın gündəlik fəaliyyətini planlaşdırmaq, təşkil və idarə etmək;
  • İşçilərin səmərəli iş bölgüsünün təşkili və məsuliyyətlərin təyin edilməsi (idarəetmə üzvləri, xidmət əməkdaşları və s.);
  • İşçi heyətinin iş qrafiklərini tərtib etmək və tərtib olunmuş iş vaxtı rejiminə əməl olunmasını təmin etmək;
  • İstehsalat və xidmət proseslərinin düzgün təşkili və davamlılığın təmin olunması;
  • Yeni işə qəbul olunan işçilərin seçim prosesində iştirak etmək;
  • Yeni işə qəbul olunan işçilərin adaptasiya proseslərini təşkil etmək, təlim ehtiyaclarının müəyyən olunması və təlimlərin təşil edilməsi;
  • İşçi heyətinin motivasiyası, inkişafı və performansının qiymətləndirilməsi;
  • Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması üçün tədbirlərin görülməsi;
  • Şikayət və təkliflərin araşdırılması və operativ həll olunması;
  • Müştəri şikayətlərini və ya rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün təkliflər vermək;
  • Xidmət standartlarına əməl olunmasını təmin etmək;
  • Qida təhlükəsizliyi və sanitariya standartlarının qorunmasını təmin etmək;
  • İşçilərin şəxsi gigiyena qaydalarına əməl etməsini təmin etmək;
  • Büdcənin hazırlanması prosesində iştirak etmək və icrasına nəzarət olunması;
  • Xərclərin nəzarətdə saxlanması və büdcənin optimallaşdırılması;
  • Satış analizlərinin aparılması, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması;
  • Aylıq mənfəət və zərər hesabatının hazırlanması;
  • Satış və gəlirlərin artırılması üçün təşəbbüslər irəli sürülməsi;
  • Texniki avadanlıqların, inventarların işlək vəziyyətdə saxlanılması və zəruri texniki xidmətlərin təşkili proseslərini icra etmək;
  • Brendin tanınması və müştəri bazasının genişləndirilməsi üçün təşəbbüslər göstərmək;
  • Kassa və POS əməliyyatlarını yoxlamaq və nəzarətdə saxlamaq;
  • Nizam-intizamın və əmək intizamının qorunmasına nəzarət etmək;

Vəzifə üzrə əsas tələblər:

 

  • Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
  • İşçilər arasında əməkdaşlığı təşviq etmək;
  • Konfliktlərin effektiv şəkildə idarə olunması;
  • Şikayətlərin peşəkar şəkildə həlli;
  • Menyunun idarə olunması;
  • Büdcə planlaşdırılması və xərclərin idarə olunması;
  • Gigiyena və sanitariya standartlarını bilmək;
  • Rus və ya İngilis dili biliklərinin olması;
  • Təmkinli və nəzakətli ünsiyyət tərzi nümayiş etdirmək;
  • Restoran idarəetmə proqramlarını istifadə etmək (R-Keeper, iiko və s.);
  • Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;

CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. E-mail göndərilərkən mövzu hissəsində “Restoran meneceri” qeyd olunmalıdır.

  • Daily54
  • Weekly422
  • Monthly1854