Məişət texnikası və elektronika sahəsində kreditlə satışlar üçün Kredit Qərar Verən əməkdaşı axtarırıq!
Vəzifə öhdəlikləri
- Kredit müraciətlərinin qəbulu və sənədlərin yoxlanılması
- Müştərinin gəlir-xərc imkanlarının və ödəmə qabiliyyətinin təhlili
- Kredit tarixçəsinin (MKR və s.) araşdırılması
- LogiX sistemində müştəri məlumatlarının düzgün işlənməsi
- Kredit məbləği, müddət və ilkin ödənişin daxili qaydalara uyğun müəyyən edilməsi
- Təsdiq və ya imtina qərarının əsaslandırılmış şəkildə verilməsi
- Riskli müştərilərin düzgün kateqoriyalaşdırılması
- Daxili prosedurlara ciddi riayət edilməsi
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, bank işi və s.)
- Kredit sahəsində ən azı 2–3 il təcrübə
- Ödəmə qabiliyyəti və risk analizi üzrə bilik və praktiki bacarıq
- Azərbaycan dilində səlis ünsiyyət
- Excel bilikləri
- LogiX və ya oxşar sistemlərlə işləmə bacarığı (öyrənməyə açıq olmaq)
- Diqqətli, məsuliyyətli və operativ olmaq
İş şəraiti
- Rəqabətqabiliyyətli əmək haqqı + bonus
- Karyera artımı imkanı (Baş Kredit Qərar Verən və s.)
- Dinamik və peşəkar komanda
İş ünvanı
- H.Əliyev prospekti 187C Arena plaza
Müraciət
CV-ləri “Kredit Qərar Verən” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.