İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Tam ştat
- Şöbə: İnsan Resursları
Vəzifə öhdəlikləri:
- Şirkətdə insan resursları üzrə bütün proseslərin peşəkar səviyyədə təşkili və idarə olunması;
- Vakansiyaların hazırlanması, namizədlərin seçimi və strukturlaşdırılmış müsahibələrin aparılması;
- Əmək müqavilələrinin hazırlanması, dəyişikliklərin və xitamların Əmək Məcəlləsinə uyğun icrası;
- Şəxsi işlərin, kadr uçotunun və HR sənədlərinin tam, sistemli və məxfi şəkildə aparılması;
- HR üzrə daxili prosedur və qaydaların tətbiqi və icrasına nəzarət;
- Rəhbərliyə HR istiqamətində analitik hesabatların hazırlanması;
- İşçilərin adaptasiya və daxili kommunikasiya proseslərinin idarə edilməsi.
Tələblər:
- İnsan Resursları, Hüquq, İdarəetmə və ya uyğun sahə üzrə ali təhsil;
- HR sahəsində minimum 3 il peşəkar iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini praktik səviyyədə bilmək;
- Kadr uçotu və sənədləşməni müstəqil şəkildə aparmaq bacarığı;
- Yüksək məsuliyyət, etik davranış və məxfilik prinsiplərinə riayət;
- Analitik düşüncə və sistemli yanaşma;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Biz təklif edirik:
- Strukturlaşmış və inkişaf edən şirkətdə stabil iş mühiti;
- Rəhbərlik səviyyəsində etimad və qərarvermə proseslərində iştirak;
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
- Təcrübə və biliklərə uyğun rəqabətli əmək haqqı;
- Uzunmüddətli karyera inkişafı imkanı.
Müraciət qaydası:
Uyğun namizədlər CV-lərini (şəkilli formada) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına təqdim edə bilərlər.
Whatsapp: 0992040777