1C proqramçısı

  • Истекает 6 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ABV şirkəti komandamıza qoşulacaq, 1C sisteminin idarə olunması, təkmilləşdirilməsi və texniki dəstəyi üzrə bilik və təcrübəyə malik 1C proqramçısı axtarır.

Vəzifə öhdəlikləri:

  • 1C proqram təminatının hazırlanması, təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Mövcud 1C sistemində dəyişikliklərin və yeni funksionallıqların tətbiqi;
  • İstifadəçilərdən daxil olan texniki sorğuların araşdırılması və həll edilməsi;
  • 1C sistemində yaranan texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması;
  • Digər proqram təminatları və sistemlərlə inteqrasiyanın həyata keçirilməsi;
  • Hesabatların, sorğuların və emal mexanizmlərinin hazırlanması;
  • Sistemin fasiləsiz və effektiv fəaliyyətinin təmin edilməsi;
  • Mövcud sistemin kodunun təhlili və texniki sənədləşdirmənin aparılması.

Namizədə tələblər:

  • Ali təhsil (İT və ya müvafiq texniki sahə üzrə olması üstünlükdür);
  • 1C proqramlaşdırılması üzrə minimum 5-7 il iş təcrübəsi;
  • 1C platforması üzrə praktiki biliklər;
  • 1C daxili proqramlaşdırma dili və sorğularla işləmək bacarığı;
  • SQL və verilənlər bazası ilə işləmək bilikləri;
  • İnteqrasiya mexanizmləri və API ilə işləmək bacarığı üstünlükdür;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: Tam iş günü;
  • İş formatı: Ofisdən;
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “1C Proqramçısı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily5
  • Weekly581
  • Monthly582